AZ EN RU

Əməyimizə verdiyi qiymətə görə dövlətimizə daim minnətdarıq

Ulu Öndər Heydər Əliyevin xüsu­si qayğısı sayəsində Naxçıvanda tibbi kadrlara, xüsusən də uşaq həkimlərinə olan tələbatı nəzərə alaraq 1999-cu ildə Naxçıvan Dövlət Universitetində Tibb fakültəsi açıldı. 
Bu gün fakültənin müasir xəstəxanası tələbələrin nəzəri və praktiki biliklərinin təkmilləşməsində mühüm rol oynayır. Muxtar respublikamızda fəaliyyət göstərən bütün xəstəxanalarda tələbələrin təcrübə keçmələrinə hər cür şərait yaradılıb. Fakültəmizin məzunları təkcə muxtar respublikamızda deyil, respublikamızın bütün rayonlarında yerləşən xəstəxanalarında, həmçinin Avropa və Asiya ölkələrində də uğurla fəaliyyət göstərərək universitetimizin adını daim yüksəklərdə tutmaqla insanlar şəfa verirlər. 
Universitetimizin professor-müəllim heyəti, hər bir tələbəsi daim dövlət qayğısını öz üzərində hiss edir. Bu gün Naxçıvan Dövlət Universitetində tibb sahəsi üzrə kadr hazırlığının 25 illiyi münasibətilə təltif edilməyimiz də məhz biz müəllimlərə bir daha göstərilən dövlət qayğısının bariz nümunəsidir. Əməyimizə verdiyi qiymətə görə dövlətimizə daim minnətdarıq.

Bəhruz Məmmədov
Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd

təsərrüfatı fakültəsinin dekanı, dosent

Nəşr edilib : 13.06.2024 15:17