AZ EN RU

Əməkdaşlıq müqaviləsinin reallaşdırılmasına tələbə mübadiləsi ilə başlanıldı

    ADA Universiteti ilə “Naxçıvan” Universiteti arasında əməkdaşlıq haqqında müqaviləyə uyğun olaraq tələbə mübadiləsinə başlanılıb. Əldə olunmuş razılaşma çərçivəsində  mübadilə proqramında iştirak edəcək Kompüter mühəndisliyi ixtisası üzrə 3-cü kurs tələbəsi Oğuz Məmmədovla universitetin Elmi Şurasında görüş keçirilib. 
    Rektor, dosent Anar Kazımov tələbəni təbrik edib, cari ilin sentyabr ayında imzalanan müqavilədən söz açaraq çox az vaxt keçməsinə baxmayaraq, universitetdə seçim prosesinin təşkil olunmasından bəhs edib. ADA Universiteti ilə ölkənin ali təhsil müəssisələri arasında ilk mübadilə olmasını vurğulayan rektor Oğuz Məmmədova  təhsil həyatında uğurlar arzulayıb. Mübadilə proqramında ilk dəfə iştirak edən Kompüter mühəndisliyi ixtisası üzrə 3-cü kurs tələbəsi Oğuz Məmmədov tələbələr üçün yaradılan bütün imkanlara görə təşəkkürünü bildirib.
    Sonda rektor Anar Kazımov yaxın günlərdə analoji mübadilə proqramının Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə də reallaşdırılacağını qeyd edib.

“Naxçıvan” Universitetinin mətbuat xidməti

Nəşr edilib : 12.09.2023 20:16