AZ EN RU

“Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq, Şahbuz rayon Kükü kənd tam orta məktəbinin 100 illiyi münasibətilə qərara alıram:

Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə:

Kərimov Zaur Yusif oğlu

Seyidova Səidə Səməd qızına – “Əməkdar müəllim” fəxri adı verilsin.

Anar İBRAHİMOV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini

Naxçıvan şəhəri, 07 iyun 2024-cü il

Nəşr edilib : 07.06.2024 19:00