AZ EN RU

“Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq, Heydər Əliyev adına tam orta məktəbin 20 illiyi münasibətilə qərara alıram:

Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə:

Əhmədova Nailə Sahib qızı

Əliyeva Məhsəti Saleh qızı

Quliyeva Zülfiyyə Vaqif qızı

Məmmədov Faur Bəhrəm oğlu

Tarışova Xublar Yəhya qızına – “Əməkdar müəllim” fəxri adı verilsin.

        Anar İBRAHİMOV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini

Naxçıvan şəhəri, 08 may 2024-cü il

Nəşr edilib : 08.05.2024 20:25