AZ EN RU

Əməkdar artist Aygün Bəylərin cənazəsi Türkiyədən Azərbaycana gətirilib

Ankarada müalicə olunduğu xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsi yanvarın 7-də Azərbaycana gətirilib.

Mərhumun nəşi ailəsinə təhvil verilib.

Qeyd edək ki, sənətkar yanvarın 6-da Ankarada müalicə olunduğu xəstəxanada vəfat edib. O, uzun müddət idi onkoloji xəstəlikdən müalicə olunurdu.

Nəşr edilib : 07.01.2024 19:30