AZ EN RU

Əmək yarmarkası olub

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən muxtar respublikada işaxtaran şəxslərin məşğulluğunun təmin olunması məqsədilə əmək yarmarkalarının təşkili davam etdirilir. Növbəti belə tədbir Babək rayonunda təşkil olunub.
    Tədbirdə çıxış edənlər bildiriblər ki, muxtar respublikada işaxtaranların məşğulluğunun təmin edilməsi üçün əlverişli şərait yaradılıb, bu istiqamətdə keçirilən tədbirlərin səmərəliliyi artırılıb. Dövlət proqramının icrası çərçivəsində ilin əvvəlində muxtar respublikanın əmək bazarı təhlil edilib, nəticələr əsasında aktiv məşğulluq tədbirləri icra olunub. Qeyd edilib ki, hər rüb təşkil edilən əmək yarmarkaları da bu sahədə ardıcıllığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
    Əmək yarmarkasında işaxtaranlara, ümumilikdə, 49 müəssisədən 207 boş iş yeri təqdim edilib. Nəticədə, 35 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 7 nəfərin özünüməşğulluq proqramına, 8 nəfərin isə peşə hazırlığı kurslarına cəlb edilməsi üçün qeydiyyatı aparılıb. 

Naxçıvan Muxtar Respublikası 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 20.10.2022 19:19