AZ EN RU

Əmək yarmarkası keçirilib

    Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası Şərur rayonunda keçirilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, əmək yarmarkaları işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində mühüm tədbirlərdən hesab olunur. Əmək yarmarkalarında müəssisələrdə olan vakant yerlər işsiz və işaxtaran vətəndaşlara təklif olunur, müvafiq hallarda iş yerlərinə göndərişlər verilir, peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər peşə hazırlığına cəlb edilirlər.
    Növbəti əmək yarmarkasına, ümumilikdə, 45 müəssisədən 228 boş iş yeri təqdim edilib. Nəticədə, 36 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 23 nəfərin özünüməşğulluq proqramına və 4 nəfərin isə peşə hazırlığı kurslarına cəlb edilməsi üçün qeydiyyatı aparılıb. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 13.10.2022 17:47