AZ EN RU

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kəngərli rayon şöbəsində Vətəndaşların qəbulu otağı istifadəyə verilib

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasında olduğu kimi nazirliyin muxtar respublikanın rayonlarında yerləşən və müvafiq sahə üzrə fəaliyyətini həyata keçirən şöbələrində Vətəndaşların qəbulu otaqlarının fəaliyyəti təmin edilir. Növbəti Vətəndaş qəbulu otağı nazirliyin Kəngərli rayonunda fəaliyyət göstərən şöbəsində istifadəyə verilib. Həftənin iş günləri ərzində 09:00-dan 18:00-a kimi fəaliyyət göstərən qəbul otağını müasir texnologiyalar və avadanlıqlarla  təmin edilib. Qəbul otağında vətəndaşların müraciətinin qəbul edilərək, müvafiq xidmət pəncərələrinə yönəldilməsi və elektron növbə sistemi üçün məlumat masası, müraciət edən vətəndaşların rahatlıqlarının təmin edilməsi üçün oturacaqlar, növbə ardıcıllığını əks etdirən monitor və sağlamlıq imkanları məhdud şəxslərin qəbul zamanı rahat hərəkətlərini təmin etmək üçün  zəruri xidmət vasitələri ilə təhciz edilmiş gözləmə zalı, müvafiq olaraq qəbul edilən müraciətlərin cavablandırılması üzrə xidmət masaları, kareyra məsləhətçisi və fərdi qəbul otağı fəaliyyət göstərir. Eyni zamanda xidmət səviyyəsinin ölçülməsi məqsədi ilə video və səs qeydiyyatı aparılır.
Həmçinin ünvanlı dövlət sosial yardımı üçün müraciət edən vətəndaşlara, Vahid Elektron Müraciət  və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsi ilə müraciətlərini daxil etmək üçün özünəxidmət masaları fəaliyyət göstərir. Bu xidmətdən istifadə zamanı çətinliklə üzləşən vətəndaşlara əməkdaşlar tərəfindən müvafiq qaydada köməklik göstərilir. 
Vətəndaş qəbulu otaqlarının fəaliyyətinin təmin edilməsində başlıca  məqsədə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Başlıca amil kimi, burada artıq “bir pəncərə”dən və “e-sosial” internet portalı vasitəsilə, vətəndaşlara açıq iş şəraitində qəbul xidməti yaradılıb. Qəbula gələn vətəndaşlara əsas xidmət istiqamətləri-əmək pensiyaları, sosial müavinət və təqaüdlər, avtomobil və mənzil növbəliliyi, sanator kurort yollayışları üçün müraciət edilməsi, fərdi uçot və.s xidmətlər göstərilir, sualları cavablandırılır.

Nəşr edilib : 27.05.2024 18:31