AZ EN RU

Əmək Məcəlləsinə hamilə və azyaşlı uşağa baxan qadınların əmək hüquqları ilə bağlı dəyişikliklər təsdiqlənib

Hamilə və azyaşlı uşağa baxan qadınların əmək hüquqları ilə bağlı Əmək Məcəlləsinə dəyişikliklər təsdiqlənib. Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq bununla bağlı sənədi qəbul edib.

Bununla bağlı məsələ Milli Məclisin dekabrın 22-də keçirilən iclasının gündəliyinə daxil edilib.

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsinə əsasən, hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər.

Dəyişikliyə əsasən, bu qanun 18 yaşına çatmamış işçilərə, eləcə də 14 yaşına qədər uşağı tək böyüdən qadınlara da şamil olunur. Mövcud qanuna görə, hamilə, üç yaşına qədər uşağı olan və 18 yaşına qədər əlilliyi olan uşaqlara baxan qadınlar gecə növbələrində, bayram günlərində işləməyə qadağa qoyulmuşdu, həmçinin ezamiyyəyə getmələrinə də icazə yox idi.

Layihə gecə vaxtı, iş vaxtından artıq işə cəlb edilmə və ezamiyyətə göndərilmə ilə bağlı qadınların hüquqlarını genişləndirir.

Sənədin qəbul edilməsində məqsəd qanun layihəsinə olunan dəyişikliyin əsas məqsədi ölkədə qadın və kişilər arasında əmək haqları arasında fərqi azaltmaqdır.

Qanun layihəsi səsvermədən sonra üçüncü oxunuşda qəbul edilib.

Nəşr edilib : 22.12.2023 12:13