AZ EN RU

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 79; 2009, № 6, maddə 400, № 7, maddə 517; 2016, № 3, maddələr 394, 421; 2017, № 7, maddə 1310; 2019, № 1, maddə 31; 2020, № 7, maddə 825, № 12 (I kitab), maddə 1437; 2023, № 2, maddə 163; № 4, maddə 451) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1.5-1-ci maddə ləğv edilsin.

2. 2.1.9-cu maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank)” sözləri ilə əvəz edilsin.

3. 2.1.10-cu, 4.1.9-cu maddələrdə, 6.3-cü maddənin birinci cümləsində, 6.7-ci və 7.1-ci maddələrin ikinci cümlələrində, 7.2.1-ci, 7.2.2-ci, 10.1.9-cu, 10.1.13-cü, 12.2-ci, 13.2-ci, 14.3-cü, 19.4-cü, 22.3.2-ci, 27.13-cü maddələrdə, 28.1-ci maddənin birinci cümləsində, 29.1-ci və 30.2-ci maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin.

4. 3.3-cü maddədə “Azərbaycan Respublikasının Mərkəzi Bankında (bundan sonra – Mərkəzi Bank)” sözləri “Mərkəzi Bankda” sözləri ilə əvəz edilsin.

5. 3.4-cü maddədən ismin müvafiq hallarında “, maliyyə bazarlarına nəzarət orqanı” sözləri çıxarılsın.

6. 6.2-ci maddədən “maliyyə bazarlarına nəzarət orqanının bir nümayəndəsi,” sözləri çıxarılsın və həmin maddədə “bir” sözü “iki” sözü ilə əvəz edilsin.

7. 8-ci maddə üzrə:

7.1. 8.1.17-ci maddədən “və ya ləğvedici” sözləri çıxarılsın və həmin maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin;

7.2. 8.1.20-ci maddədən “maliyyə bazarlarına nəzarət orqanı və” sözləri çıxarılsın.

8. 9.2-ci maddədə “qulluq mənafeyi əleyhinə” sözləri “korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərə” sözləri ilə əvəz edilsin.

9. 21-ci maddə üzrə:

9.1. adından “maliyyə bazarlarına nəzarət orqanı,” sözləri çıxarılsın;

9.2. 21.1.1-ci və 21.1.2-ci maddələrdən “maliyyə bazarlarına nəzarət orqanına və” sözləri çıxarılsın;

9.3. 21.2-ci maddədən “, maliyyə bazarlarına nəzarət orqanının” sözləri çıxarılsın;

9.4. 21.3-cü, 21.5-ci maddələrdə, 21.6-cı maddənin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

9.5. 21.4-cü maddənin birinci abzasında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin və həmin abzasdan “aşağıdakılar barədə” sözləri çıxarılsın.

10. 22.4-cü maddədən “, maliyyə bazarlarına nəzarət orqanına” sözləri çıxarılsın.

11. 28.5-ci maddənin birinci və ikinci cümlələrində “90” rəqəmləri “30” rəqəmləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2023-cü il

Nəşr edilib : 01.08.2023 14:17