AZ EN RU

Əlyazmalar İnstitutu “Məhəmməd Füzuli – 530” adlı elektron baza yaradıb

Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 2024-cü il 25 yanvar tarixli Sərəncamından irəli gələrək AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Məhəmməd Füzuli – 530” adlı elektron baza yaradılıb. Elektron baza institutun kitabxanası tərəfindən hazırlanıb.
Qeyd olunub ki, elektron bazaya Məhəmməd Füzulinin institutun kitabxanasında qorunan əsərləri, dahi sənətkarın yaradıcılığı ilə bağlı tədqiqat əsərləri haqqında biblioqrafik məlumatlar daxil edilib.

Nəşr edilib : 19.02.2024 16:39