AZ EN RU

Elxan Elatlı Naxçıvanda şəhid ailələri ilə görüşüb

Mayın 8-11-də Naxçıvan şəhərində keçirilmiş “BOOKFEST” Kitab sərgisində ölkəmizin tanınmış kitab yazarları ilə oxucular arasında müxtəlif görüşlər keçirilib. Bu görüşlərdə oxucular kitab müəllifləri ilə fikir mübadiləsi aparıb, təklif və arzuları səsləndiriblər.  Şəhid ailələrinin istəyi nəzərə alınaraq dedektiv əsərlər müəllifi kimi tanınan yazıçı Elxan Elatlı ilə görüş  təşkil olunub. Görüşdə müəllifin yaradıcılığından danışılıb və oxucuları olan şəhid ailələri üzvləri yeni yazılacaq əsərlərdə qəhrəman  şəhid övladlarının da adının salınacağını təklif ediblər. Səmimi atmosferdə keçən görüş yaddaqalan olub və sonda xatirə şəkli çəkdirilib.

Nəşr edilib : 12.05.2024 12:10