AZ EN RU

Elmi -Texniki Şurasının iclası keçirilib

    Naxçıvan  Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi Elmi-Texniki Şurasının iclası keçirilib.     İclası giriş sözü ilə şuranın sədri, kənd təsərrüfatı naziri Bəhruz Bayramov açaraq iclasa çıxarılan mövzular haqqında məlumat verib. 
    Nazirliyin əməkdaşı Elmira Əliyeva “Üzüm bitkisinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri”  mövzusunda çıxış edərək vurğulayıb ki, həmin xəstəliklər, əsasən, hava şəraitindən asılı olaraq müxtəlif dərəcədə inkişaf edir. Bu xəstəliklərin qarşısını almaq üçün müxtəlif tədbirlərin həyata keçirilməsinin vacibliyindən danışan məruzəçi nazirlikdə hərtərəfli imkanlar yaradıldığını diqqətə çatdırıb.
     Akademik  Həsən Əliyev  adına  “Araz” Elm-İstehsalat Birliyinin  elmi işçisi Simuzər Həsənova  “Üzvi  gübrələr, onların  növləri və  səmərəli  istifadəsi” mövzusunda çıxış edib. O bildirib ki, kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə etmək və torpağın münbitliyini artırmaq üçün aqrotexniki sistemlər içərisində gübrələrdən istifadə tədbirləri ən vacib yerlərdən birini tutur. Gübrələrdən səmərəli istifadə bitkilərdə şəkərin, nişastanın, yağların, zülalların və vitaminlərin miqdarını artırır. 
    Sonda mövzular geniş şəkildə müzakirə edilib. 

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.02.2022 18:44