AZ EN RU

Elmi konfransın materialları çapdan çıxıb

    Azərbaycan Respublikas Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunmuşdur. Bu münasibətlə Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi, keşməkeşli həyatı və fəaliyyəti ilə bağlı elmi konfranslar, simpoziumlar və müxtəlif tədbirlər keçirilir, kitab və monoqrafiyalar, o cümlədən elmi jurnallarda və dövri mətbuatda məqalələr dərc olunur. 17-18 aprel 2023-cü ildə AMEA Naxçıvan Bölməsində Ümummilli Liderin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev ideyaları və müasir dövr” mövzusunda respublika elmi konfransı keçirilmişdir. Həmin konfransın materialları bölmənin “Elmi əsərlər” jurnalının iki hissədən ibarət xüsusi nömrəsində çap olunub.
    “Heydər Əliyev və Azərbaycan”, “Heydər Əliyev və beynəlxalq aləm”, “Heydər Əliyev və milli-mənəvi dəyərlər”, “Heydər Əliyev və Naxçıvan” bölmələri üzrə məqalələrin yer aldığı jurnallarda “Azərbaycanla adı qoşa çəkilən Ümummilli Lider”, “Heydər Əliyevin ipək yolu strategiyası və Azərbaycan”, “Heydər Əliyevin “bir millət – iki dövlət” düsturu Azərbaycan-Türkiyə birliyinin yol xəritəsidir”, “Milli və mənəvi varlığımızın böyük himayədarı”, “Heydər Əliyev və Naxçıvanın müdafiəsi” və başqa mövzuları əhatə edən 63 məqalə yer alıb.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

Nəşr edilib : 12.09.2023 18:54