AZ EN RU

“Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb

    AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni sayı çapdan çıxıb. İctimai və humanitar elmlər seriyasına aid olan nömrədə tarix, siyasət, arxeologiya, etnoqrafiya, Azərbaycan dili, ədəbiyyat, folklor, incəsənət və iqtisadiyyat elmləri üzrə aktual mövzuları əhatə edən məqalələr yer alıb. 
    Jurnalın yeni buraxılışında “Heydər Əliyevin Azərbaycan SSR Ali Sovetinin iclaslarındakı tarixi çıxışları və istiqlala çağırış (1991-ci il 5 fevral və 7 mart iclasları)”, “Avropalı müəlliflər Nuh Peyğəmbər və Naxçıvan bağlılığı haqqında”, “Azərbaycan Respublikasında həyata keçirilən islahatlar və dövlət qadın siyasəti (2003-2017-ci illər)”, “Ermənilər tərəfindən törədilən soyqırımı cinayətlərinin “Hai-Taht doktrinası” çərçivəsində dəyərləndirilməsi”, “Naxçıvan şəhərinin məhəllələr üzrə təsviri (XIX əsr)”, “Uçan Ağılda arxeoloji araşdırmalar”, “Sədərək yaşayış yerinin erkən dəmir dövrü keramikası”, “Naxçıvan dialekt və şivələrində cingiltiləşmə hadisəsinin təzahür formaları”, Hüseyn Cavidin və digər maraqlı mövzular tədqiqata cəlb olunub.
    Məlumat üçün qeyd edək ki, 2005-ci ildə təsis edilmiş “Elmi əsərlər” jurnalı ildə 4 nömrə olmaqla, iki seriyada nəşr olunur. Jurnalın cari il üzrə sonuncu sayı “Təbiət və texniki elmlər” seriyasını əhatə edəcək.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

Nəşr edilib : 27.10.2022 19:08