AZ EN RU

Elmi dərəcəsi olan işləyən qadınların maaşları artırıla, onlara əlavə məzuniyyət günü verilə bilər

Bu, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il sentyabrın 1-dək elmi dərəcəsi olan işləyən qadınların maaşlarına artım və ya əlavə məzuniyyət gününün verilməsi imkanlarının beynəlxalq təcrübədə araşdırılması və müvafiq təkliflərin hazırlanaraq Komissiyaya (Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası-red) təqdim edilməsi tapşırılıb.

Nəşr edilib : 13.05.2024 14:28