AZ EN RU

Elm və Təhsil Nazirliyinin əməkdaşları Naxçıvan Muxtar Respublikasında səfərdədilər - FOTOLAR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirovun  rəhbərlik etdiyi  nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında  təhsil müəsissələrinin fəaliyyəti ilə  tanış olmaq məqsədilə muxtar respublikada  səfərdədilər. 
Səfər çərçivəsində qonaqlar Naxçıvan şəhər Kimya Biologiya Təmayüllü Liseydə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədovla görüşüblər.
Daha sonra qonaqlar  Naxçıvan şəhər Kimya Biologiya Təmayüllü Liseyin,  Naxçıvan şəhər Şahmat Mərkəzinin, STEAM Təlim Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Nəşr edilib : 13.03.2023 19:55