AZ EN RU

Elm və Təhsil Nazirliyi: binanın yanğın baş verən hissəsində tələbələr yaşamırlar

Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin ikimərtəbəli köməkçi binasının məcburi köçkünlər yaşayan hissəsində yanğın baş verib. FHN-in yanğınsöndürmə briqadası dərhal hadisə yerinə cəlb olunub.

Elm və Təhsil Nazirliyinin aidiyyəti strukturunun əməkdaşları və kollecin rəhbərliyi hadisə yerinə gəliblər.

Nazirlikdən bildirilib ki, binanın yanğın baş verən hissəsində tələbələr yaşamırlar.

Nəşr edilib : 18.01.2024 01:21