AZ EN RU

Elm və təhsil naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 24-də Naxçıvanda vətəndaşlarla görüşəcək.

Bu məlumat mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin noyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlində yer alıb.

Qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarının sakinləri iştirak edə bilərlər.

Nəşr edilib : 27.10.2023 14:09