AZ EN RU

Elm səmasını aydınladan təbəssümlər

Elm üfüqündə yeni şəfəqlər — dağ kəndlərinin gənc müəllimləri və müəllimlərini sevən şagirdlər. Onlar bu dəfə “Şərq qapısı” qəzetinin fotoobyektivinə təbəssüm etdilər. Müasir təhsil infrastrukturu, əlverişli tədris mühiti, innovativ təlim metodu, pedaqoq əməyinə verilən qiymət... Həm şəhər mərkəzinin, həm də ən ucqar dağ kəndinin məktəbi üçün xarakterikdir bu amillər. Pedaqoji fəaliyyətdə kövrək addımlarını sevə-sevə ucqar yaşayış məntəqələrində atan gənc müəllimlərin, gələcəyin mütəxəssisləri olacaq intellektual təfəkkürə malik şagirdlərin üzlərindəki təbəəssüm də bunun müjdəçisidir.

Nəşr edilib : 28.02.2024 12:05