AZ EN RU

“Elm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Elm haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1366; 2018, № 11, maddə 2198; 2020, № 5, maddələr 513, 514, № 6, maddə 669; 2021, № 6 (I kitab), maddə 540) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.22-ci maddədən “, elmlə təhsilin vəhdətini təmin edən” sözləri çıxarılsın.

2. 6.0.12-ci maddədə “Azərbaycan Respublikasının və xarici ölkələrin ali təhsil müəssisələrinin və elmi müəssisələrin və təşkilatların magistratura (rezidentura) və doktoranturalarında əyani təhsil alanlara” sözləri ”təhsilalanların” sözü ilə əvəz edilsin.

3. 6.0.19-cu maddədən “, təhsil qurumlarının” sözləri çıxarılsın.

4. 9.1-ci maddədən “subbakalavr peşə-ixtisas dərəcəsi almış” sözləri çıxarılsın.

5. 11-ci maddə üzrə:

5.1. 11.1-ci maddədə “inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, ölkə üzrə elmi müəssisələrin və təşkilatların və ali təhsil müəssisələrinin elmi tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, elmi-texniki fəaliyyət sahəsində Azərbaycan Respublikasını xarici ölkələrdə təmsil edən” sözləri “inkişafının təmin edilməsində və elm sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən” sözləri ilə əvəz edilsin;

5.2. 11.3-cü maddədə “elmin müxtəlif sahələri” sözləri “onun fəaliyyət istiqamətləri” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Dövlət ali elmi təşkilatının strukturu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.”;

5.3. 11.4-cü maddədə “elmin və hərtərəfli elmi-texniki inkişafın təmin edilməsi məqsədi ilə” sözləri “fəaliyyət istiqamətləri üzrə” sözləri ilə əvəz edilsin və həmin maddədən “təhsil qurumları, elmi texnoloji parklar,” sözləri çıxarılsın;

5.4. 11.5-ci maddədə “ölkənin” sözü “fəaliyyət istiqamətlərinə uyğun olaraq” sözləri ilə, “, fəlsəfə doktoru və magistr” sözləri “və fəlsəfə doktoru” sözləri ilə əvəz edilsin;

5.5. 11.6-cı maddədə “elmin müxtəlif sahələri” sözləri “fəaliyyət istiqamətləri” sözləri ilə əvəz edilsin;

5.6. 11.8-ci maddənin birinci cümləsində “və xarici” sözləri “, xarici və fəxri” sözləri ilə əvəz edilsin;

5.7. 11.9-cu maddəyə “elm sahəsində” sözlərindən əvvəl “fəaliyyət istiqamətləri üzrə” sözləri əlavə edilsin.

6. 12.13-cü maddədən “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın” sözləri çıxarılsın və həmin maddədə “təşkilatlarında” sözü “təşkilatlarda” sözü ilə əvəz edilsin.

7. 13.1-ci maddəyə “elmi təşkilatın” sözlərindən əvvəl “orqanın (qurumun),” sözləri əlavə edilsin.

8. 22.1-ci maddədə “elmi təşkilat” sözləri “orqan (qurum)” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyun 2023-cü il

Nəşr edilib : 24.07.2023 15:22