AZ EN RU

"Əlincəqala" Tarix-Mədəniyyət Muzeyinin yaradılmasının 10-cu ildönümü münasibətilə tədbir keçirilib

Tədbirdə çıxış edən Culfa Rayon Mədəniyyət Şöbəsinin müdiri Pərvin Həsənov, "Əlincəqala" Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyev və muzeyin bələdçisi Səma Quliyeva Əlincə qalasının tarixi, burada yaradılan muzey barədə ətraflı məlumat verib. Daha sonra Əlincə qalasının ətrafından və yaxın kəndlərdən toplanmış 14 ədəd maddi-mədəniyyət nümunəsi muzeyə hədiyyə edilib. Sonda tədbir iştirakçıları muzeydəki eksponatlarla tanış olub.

Nəşr edilib : 11.02.2024 10:44