AZ EN RU

Əliabad qəsəbəsində məhəllədaxili yollar təmir olunur

Naxçıvan Şəhər İcra Hakimiyyətindən “Şərq qapısı” na verilən məlumata görə Naxçıvan şəhəri ərazisində sakinlərin rahat yaşayışını təmin etmək üçün müxtəlif sahələrdə işlər aparılmaqdadır. Yenidənqurma işləri çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan şəhər Əliabad Bələdiyyəsi tərəfindən şəhərin Əliabad qəsəbəsində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi işləri həyata keçirilir. Hazırda qəsəbə ərazisində döngə 1, 12, 15, 16, 17, 20, 21 və 27-də 1400 metrdən artıq yol təmir olunub.
Qeyd edək ki, bu istiqamətdə müvafiq tədbirlərin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub.

Nəşr edilib : 21.02.2024 16:02