AZ EN RU

Əli Əsgərovdan növbəti Avropa çempionluğu

Finlandiyanın Salo şəhərində pauerliftinq üzrə  (WPC/AWPC) Avropa çempionatı keçirilib. Yarışda çıxış edən Azərbaycan idmançıları 6 qızıl və 1 gümüş medal qazanıblar.

Qitə birinciliyində ölkəmizi təmsil edən Naxçıvan idmançısı Əli Əsgərov benç press növü üzrə 90 kq çəki dərəcəsində çıxış edib. Təmsilçimiz 195 kiloqramqlıq çəkinin öhdəsindən gələrək birinci olub. İdmançı eyni zamanda, bu göstərici ilə benç press növündə mütləq Avropa çempionu adına layiq görülüb.

Məlumat üçün bildirək ki, Naxçıvan Regional Miqrasiya Baş İdarəsində çalışan Əli Əsgərov güc idman növləri üzrə dünya, Avropa və Avrasiya çempionluğu, pauerliftinq üzrə dünya çempionatlarının, Azərbaycan çempionantları və qran-prilərinin qalib və mükafatçısı kimi uğurlu karyeraya malik idmançılarımızdandır.

 Naxçıvan Muxtar Respublikası Gənclər və

 İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 20.06.2024 15:05