AZ EN RU

“Element” şirkətinin təsisçisi və rəhbəri Adəm Yunisov: Ulu Öndərin doğulduğu torpaqda Onun yüz illik yubiley tədbirinin təkilatçılarından biri olmaq qürurvericidir

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2023-cü il  “Heydər Əliyev” ili elan olunub. “Element” şirkəti olaraq 100 illik yubileyə özəl olaraq bir çox layihələr həyata keçirdik. Ən böyük layihəni isə Ulu Öndərin doğulduğu torpaqda Naxçıvan Muxtar Respublikasında gerçəkləşdirmək, bu layihənin bir parçası olmaq qürurvericidir.  Ümummilli liderin anadan olmasının 100-cü ilinə ithafən keçirilən  bu layihədə 300 nəfərdən artıq heyət bir araya toplandıq.  Dahi rəhbərin yubileyinə həsr edilmiş konsert xüsusi ssenari əsasında xareoqrafiyaların qurulması ilə yanaşı, ölkənin tanınmış sənətçilərinin çıxışı, özəl hazırlanmış lazer və dron şou ilə də yadda qalacaq. Ulu öndər Heydər Əliyevin portreti doğma torpağın səmasında Naxçıvanın səmasında əks olunacaq. Doğma naxçıvanlılarla birgə biz də  unudulmaz tarixə - 10 may 2023-cü ilə bir daha ən möhtəşəm şəkildə şahidlik edəcək, ulu öndər Heydər Əliyevin əbədiyaşar xatirəsini ehtiramla yad edəcəyik. Digər təşkilatçı şirkətlərlə birlikdə belə bir layihənin təhsisçilərindən biri olmaq şərəfinə sahib olduğumuz üçün qürur hissi keçiririk.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 10.05.2023 16:06