AZ EN RU

“Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Tədbirlər Planı” təsdiqlənib

Nazirlər Kabineti “Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Tədbirlər Planı”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Energetika Nazirliyi Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli, Planda nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə hökumətə məlumat verməlidir.

Nəşr edilib : 22.05.2024 10:51