AZ EN RU

Elbrusdan növbəti qələbə

    Rumıniyanın Ployeşti şəhərində keçirilən yeniyetmələrin Avropa çempionatında mübarizə davam edir. 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı qitə birinciliyinin dördüncü günündə növbəti görüşlər keçirilib.
    Milli komandımızın heyətində çıxış edən Naxçıvan boksçusu Elbrus Kərimli 54 kiloqram çəki dərəcəsinin 1/8 final qarşılaşmaları çərçivəsində şotlandiyalı Yakub Naismiti məğlub edərək növbəti mərhələyə adlayıb. Təmsilçimiz daha bir qələbə qazandığı təqdirdə minimum bürünc medalı özü üçün təmin edəcək.

Naxçıvan Muxtar Respublikası Gənclər və
 İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 25.07.2023 18:26