AZ EN RU

Elbrus Kərimlinin karyerasında ilk Avropa medalı

    Rumıniyanın Ployeşti şəhərində keçirilən yeniyetmə boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinə yekun vurulub. 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı yarışda Azərbaycan millisinin üzvləri də iştirak ediblər.
    Şotlandiya, İtaliya və Türkiyədən olan rəqiblərini məğlub etməklə yarımfinala yüksələn millimizin üzvü, Naxçıvan idmançısı Elbrus Kərimli 3 qələbənin ardınca növbəti cəhddə David Jiqjjavinlə (Ukrayna) görüşüb. Görüş rəqibin üstünlüyü ilə yekunlaşıb. Buna baxmayaraq, yarımfinala adlamaqla minimum bürünc medalı özü üçün təmin edən idmançımız mükafatçılar sırasına düşüb. Bununla da Elbrus Kərimli karyerasında ilk dəfə çıxış etdiyi qitə birinciliyini uğurla tamamlayıb. O, oğlanların yarışında millimizə yeganə medal qazandıran boksçu olub. İlkanə Əhmədova isə qız boksçular arasında üçüncü olub. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 31.07.2023 19:46