AZ EN RU

Elan

Naxçıvan Dövlət Universiteti Beynəlxalq Kembric Məktəbinə 1-ci və 6-cı sinif (hazırda 5-ci sinfi bitirən) şagirdlərinin 2024-2025-ci tədris ili üçün sənəd qəbulu elan edir. Müraciət üçün 2 ədəd 3x4 foto, şagirdin və hər iki valideyninin şəxsiyyət vəsiqəsinin surəti iş saatları ərzində Naxçıvan Dövlət Universiteti Beynəlxalq Məktəbi, 1-ci mərtəbə, sağdan 3-cü otağa (Nuray xanıma) təqdim olunmalıdır. Son müraciət tarixi 2 avqustdur.

1-ci siniflər üçün qısa müsahibə 3 avqust tarixdə saat 1100-dan etibarən Beynəlxalq Məktəbdə keçiriləcəkdir. 6-cı siniflər üçün danışıq imtahanı (10 bal üzərindən) 3 avqust tarixdə saat 1100-da Naxçıvan Dövlət Universiteti Beynəlxalq Məktəbində keçiriləcəkdir. Yazılı imtahan 4 avqust tarixdə saat 1100-da Beynəlxalq Məktəbdə keçiriləcəkdir. İmtahanda şagirdlərə

 – ingilis dili dinləmə (20 sual)

ingilis dili oxu  –  3 mətn (ümumilikdə, 30 sual)

–  ingilis dili qrammatika (10 sual)

ingilis dilində riyaziyyat (30 sual) suallar təqdim ediləcəkdir.

Məlumat üçün nsuinternationalschool@ndu.edu.az e-mail adresi vasitəsilə, yaxud 077-205-85-99 nömrəsi vasitəsilə (“Whatsap” üzərindən) iş saatları daxilində əlaqə saxlaya bilərsiniz.

Qeyd: Kembric proqramı ilə tədris tam ingilis dilində ödənişli əsaslarla aparılır.

Nəşr edilib : 19.07.2024 14:52