AZ EN RU

Elan

Müsabiqə şərtləri:

Müsabiqəyə təqdim olunmuş məqalələrdə üstünlük veriləcək:

- Mövzunu dolğun əhatə etmə səviyyəsi;

- Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;

- İfadə vasitələrinin zənginliyi;

- Maarifləndiricilik xüsusiyyəti;

- Oxucu üçün informasiyalılıq dərəcəsi;

- Müsabiqəyə 6 maydan 6 iyunadək çap və onlayn media subyektlərində yayımlanan məqalələr buraxılacaq;

- Müsabiqəyə təqdim olunmuş məqalələr Azərbaycan dilində hazırlanmalı, 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.

 

Məqalədə “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.

Məqalələrin təqdim edilməsi:

Müsabiqə üçün yazıların təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.

Məqalələr təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır:

- Məqalə təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

- Məqalə təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;

- Məqalə (elektron qaydada təqdim edilərkən "Word" faylında, imzasız);

- Müsabiqə məqaləsinin yayımlandığı çap mediasının 1 nüsxəsi (elektron qaydada təqdim edilərkən PDF, JPG, yaxud "Word" faylında);

- Məqalə elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən "link";

- Materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifin adı göstərilməməlidir).

Məqalə və məlumatlar elektron poçt vasitəsilə nmr.ombudsman.musabiqe@gmail.com ünvanına təqdim edilməlidir.

Müsabiqə üçün məqalələr elektron poçt vasitəsilə, eləcə də şəxsən 6 may 2024-cü il tarixdən 6 iyun 2024-cü il tarixədək, həftənin iş günləri saat 10:00-dan 17:00-dək Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Atatürk küçəsi 8 ünvanına təqdim edilməlidir.

Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Nəşr edilib : 07.05.2024 10:46