AZ EN RU

Elan

    “Naxçıvan” Universiteti müvafiq kafedralar üzrə Kafedra müdiri vəzifəsinə vakant yerləri tutmaq üçün müsabiqə elan edir. Müsabiqədə aşağıdakı şərtləri ödəyən Azərbaycan Respublikası vətəndaşları, həmçinin mövcud qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları iştirak edə bilər.
    1. Müvafiq kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığına malik olmalıdır;
    2. Ən azı 5 il elmi-pedaqoji təcrübəyə malik olmalıdır;
    3. Elmi ad və elmi dərəcəyə malik olmalıdır.
    Kafedra müdiri vəzifəsi üçün vakant yerləri tutmaq istəyən namizədlər “Naxçıvan” Universitetinin Tədris şöbəsinə müraciət edə bilərlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
    • kadrlar uçotunun şəxsi vərəqəsi;
    • tərcümeyi-hal;
    • ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
    • elmi və elmi-metodiki işlərin siyahısı;
    • kafedra müdirinin müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması
Kafedralar üzrə vakant yerlər 
aşağıdakı kimidir:
    Təbiət elmləri kafedrası müdiri
    Riyaziyyat və informatika kafedrası müdiri
    İdarəetmə kafedrası müdiri 
    Pedaqogika və psixologiya kafedrası müdiri
    Müsabiqə üçün sənədlər bu elan qəzetdə dərc olunduğu gündən bir ay müddətində müvafiq qaydada təqdim edilə bilər.

Ünvan: Naxçıvan şəhəri, Babək məhəlləsi 1, “Naxçıvan” 
Universiteti şəhərciyi 

Telefon: (036) 545-07-45

Nəşr edilib : 07.09.2023 17:56