AZ EN RU

Elan

    Yaradıcı və həvəskar şəxslərin nəzərinə!
    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “Heydər Əliyev və ailə dəyərləri” mövzusunda film və foto müsabiqəsi elan olunur.
    Müsabiqə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən telejurnalist və rejissorlar, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, həvəskar, professional fotoqraflar və digər şəxslər arasında keçiriləcəkdir.
    Müsabiqədə iştirak etmək istəyən şəxslər təqdim edəcəyi film və fotoları, şəxsiyyət vəsiqələrinin surəti və müvafiq anket ilə birlikdə 6 oktyabr 2023-cü il tarixədək Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etməlidirlər.
    Əlavə olaraq bildirilir ki, müsabiqədə bir müəllif 1 və ya son hədd 5 ədəd olmaqla film və foto ilə iştirak edə bilər.
    Film (5-8 dəqiqə olmaq şərti ilə) CD və ya elektron daşıyıcılarda (1 ədəd diskdə və ya flaşkartda); foto (5 ədəddən artıq olmamaq şərti ilə) CD və ya elektron daşıyıcılarda (1 ədəd diskdə və ya flaşkartda), 20x30 sm və daha böyük ölçülü rəngli kağız formatda olmalıdır.
    Müsabiqəyə təqdim edilən işlər yeni olmalı, heç bir tədbirdə iştirak etməməlidir.
    Müsabiqəyə təqdim olunmuş işlər “Ən yaxşı film” və “Ən yaxşı foto” nominasiyası üzrə münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək, müvafiq diplom və hədiyyə ilə mükafatlandırılacaqlar.
    Birinci yer (2 nəfər)
    İkinci yer (2 nəfər)
    Üçüncü yer (2 nəfər)
    Həvəsləndirici yer (6 nəfər)
    Qeyd: Müsabiqəyə təqdim olunan materiallar geri qaytarılmır.
    Əlaqələndirici şəxs: Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova

Ünvan: Naxçıvan şəhəri, H.Əliyev 42
Telefon: 545-39-75

Nəşr edilib : 06.06.2023 20:04