AZ EN RU

Elan

    “Naxçıvan” Universiteti müvafiq fakültələr üzrə dekan vəzifəsinə vakant yerləri tutmaq üçün müsabiqə elan edir. Müsabiqədə aşağıdakı şərtləri ödəyən Azərbaycan Respublikası vətəndaşları, həmçinin xarici ölkə vətəndaşları iştirak edə bilər.
    1. Dekan vəzifəsi fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun olmalıdır;
    2. Ən azı 5 il elmi-pedaqoji təcrübəyə malik olmalıdır;
    3. Peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik olmalıdır.
    Qeyd: Eyni şəxs eyni ali təhsil müəssisəsində dekan vəzifəsinə ardıcıl olaraq 2 dəfədən artıq seçilə bilməz.
    Dekan vəzifəsi üçün vakant yerləri tutmaq istəyən namizədlər “Naxçıvan” Universitetinin Tədris şöbəsinə müraciət etməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
    • kadrlar uçotunun şəxsi vərəqəsi;
    • tərcümeyi-hal;
    • ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
    • elmi və elmi-metodiki işlərin siyahısı;
    • fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması
    Fakültələr üzrə vakant yerlər aşağıdakı kimidir:
    İqtisadiyyat fakültəsi – 1 yer
    İdarəetmə fakültəsi – 1 yer
    Xarici dillər fakültəsi – 1 yer
    Pedaqoji fakültə – 1 yer
    Müsabiqə üçün sənədlər bu elan qəzetdə dərc olunduğu gündən bir ay müddətində müvafiq qaydada təqdim edilə bilər.

Ünvan: Naxçıvan şəhəri, 
Babək məhəlləsi 1, “Naxçıvan” 
Universiteti şəhərciyi. 
Telefon: (036)545-07-45

Nəşr edilib : 04.05.2023 22:26