AZ EN RU

Elan

    Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi 2023-cü il üzrə dövlət büdcəsi vəsaiti hesabına Tədbirlər pro­qramlarına uyğun nəzərdə tutulan və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrini dərman vasitələri, sarğı ləvazimatları və materialları, diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələri, ləvazimatları və materialları ilə təmin etmək məqsədilə potensial imkanlara (işçi qüvvəsinə, müvafiq işlər üzrə təcrübəyə, aidiyyəti ixtisasa, maliyyə və texniki imkanlara) malik olan hüquqi və fiziki şəxsləri
    Açıq tenderə dəvət edir
    Lot 1 – Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və Tədbirlər pro­qramları üçün nəzərdə tutulmuş dərman vasitələrinin, sarğı ləvazimatları və materiallarının, diaqnostik, laborator və digər  tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların  satın alınması.
    Tender təklifləri “bal” sistemi üsulu ilə qiymətləndiriləcəkdir. Üstünlük veriləcək meyarlar: ən səmərəli qiymət, yüksək keyfiyyət və qrafikə uyğun malların təhvil verilməsi.
    Malların təchizat qrafiki müqavilə qüvvəyə mindiyi vaxtdan  31.12.2023-cü il tarixə kimi nəzərdə tutulmuşdur.
    Tenderdə iştirak etmək istəyənlər 5 may  2023-cü il saat 1500 tarixə kimi aşağıdakı sənədləri təqdim etməlidirlər:
    • Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;
    • İştirak haqqının ödənilməsi barədə bank sənədi;
    • Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
    • Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
    • İddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
    • İddiaçının hüquqi statusunu təsdiq edən sənədlər; – qeydiyyatdan keçdiyi ölkə, qeydiyyat şəhadətnaməsinin, nizamnamənin və digər hüquqi sənədlərin notarial təsdiq olunmuş surətləri, hüquqi ünvanı və bank rekvizitləri;
    • İddiaçının potensial (peşəkarlıq, təcrübə, texniki və maliyyə imkanları, işçi qüvvəsi və sair) imkanlarının olması haqqında məlumat;
    • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair təmin edilməmiş öhdəliklərin olub-olmaması barədə arayış;
    • Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat; 
    • Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında arayış;
    • Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması (yalnız dərmanlar üçün);
    • Tender komissiyasının zəruri saydığı digər arayış və sənədlər.
    Tenderdə iştirak haqqı ödəməsinə baxmayaraq, rəsmi müraciət etmiş iddiaçıların ixtisas uyğunluğu ilkin qiymətləndirilərək tender predmetini əhatə etməyən və ixtisası uyğun olmayan iddiaçılar kənarlaşdırılacaqdır. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır. 
    Vəsaiti alan: Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi
    Hesab N:
        AZ21NABZ12360100000000005944 
    VÖEN: 0200003621
    Benefisiar (alan) bank: Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi
    VÖEN: 0200087741
    Müxbir hesab:
        AZ88NABZ01451700000000012944
    Kod 502906
    S.W.I.F.T. NABZAZ 2C
    İddiaçılar Azərbaycan dilində hazırladıqları tender təkliflərini və təklifin 1 (bir) faizi məbləğində bank təminatını (təklif zərfləri açıldığı gündən sonra azı 60 bank günü ərzində qüvvədə olmalıdır) bağlı zərfdə 5 may 2023-cü il saat 1500-a qədər Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi (Ünvan: Naxçıvan şəhəri, Ə.Əliyev 120, tel: 036-545- 56-95) təqdim etməlidirlər    
    Gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır. 
    Tender təklifi bir ədəd əsli, bir ədəd surəti ikiqat zərfə daxil edilərək imzalanmış, möhürlənmiş şəkildə olmalıdır. Zərfin üzərinə “8 may  2023-cü il saat 1500-a kimi açılmamalıdır” sözləri yazılmalıdır. Tender təklifləri açıldığı gündən sonra azı 30 bank günü ərzində qüvvədə olmalıdır.
    Tender təklifləri olan zərflər 8 may 2023-cü il saat 1500-da Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində açılacaqdır.
    Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçiriləcəkdir.

Əlaqələndirici şəxs:
Musayev Asəf Mütəllim oğlu
Telefon: 051-311-12-77, 036-545-56-93
Mail:sehiyyemaliyye@gmail.com
  Tender komissiyası

Nəşr edilib : 14.03.2023 21:16