AZ EN RU

Əlahiddə Ümumqoşun Orduya sovqat hədiyyə edilib

Naxçıvan Muxtar Respublikasında xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz  birliyin mövcud olması ordumuzun gücünü daha da artırır. Xalq-ordu birliyini özündə əks etdirən amillərdən biri də əlamətdar günlərdə hərbi hissələrə sovqat aparmaq, əsgərlərimizə mənəvi dəstək olmaqdır.


  Bu ənənənin davamı olaraq Novruz bayramında Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsinə 25 ton 920 kiloqram alma təqdim edilib. Bayram münasibətilə hərbi hissələrə sovqatların verilməsi şəxsi heyət tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb.


Kənan Cəlilov

Nəşr edilib : 23.03.2022 16:07