AZ EN RU

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları arasında voleybol birinciliyində 13 komanda mübarizə aparıb

    Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları arasında voleybol birinciliyi keçirilib.
    Naxçıvan Olimpiya İdman Kompleksində keçirilən voleybol birinciliyi başlamazdan əvvəl çıxış edən Əlahiddə Ümumqoşun Ordunun zabiti Vahid Məmmədov hərbi qulluqçular arasında idmanın kütləviliyinə nail olunması, güclü idmançı və komandaların müəyyənləşdirilməsi məqsədilə təşkil olunan idman yarışlarının əhəmiyyətindən danışıb.
    Qeyd edək ki, “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır!” devizi ilə təşkil olunan birincilikdə 13 komandadan 130 idmançı mübarizə aparıb. Olimpiya sistemi üzrə keçirilən yarışları Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının hakimləri idarə ediblər. Altı gün gərgin mübarizə şəraitində davam edən yarışların yekun nəticələrinə əsasən birinci və üçüncü yerdə motoatıcılar, ikinci yerdə isə xüsusi təyinatlılar qərarlaşıb.
    Sonda qalib komandalar mükafatlandırılıb.

Kənan CƏLİLOV

Nəşr edilib : 28.11.2023 11:35