AZ EN RU

Ekologiya könüllülərinin iştirakı ilə tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və ekologiya könüllülərinin iştirakı ilə Ordubad rayon Kotam kəndi ərazisində Milli Parklar və Qoruqlar gününə həsr edilmiş tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd biomüxtəlifliyin, təbii ekosistemlərin qorunmasında və planetin rifahının təmin edilməsində milli parklar və qoruqlar kimi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyətini vurğulamaqdan ibarətdir.

1997-ci ildən etibarən Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 11 yanvar Dünya Qoruqlar və Milli Parklar Günü kimi qeyd olunur.

Naxçıvan Muxtar Respublikası Ekologiya və

Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 12.01.2024 09:31