AZ EN RU

“Əkin sahələrində xəstəlik, ziyanvericilər və alaq otlarına qarşı mübarizə tədbirləri haqqında” maarifləndirmə tədbiri keçirilib

Ordubad Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə birgə Ordubad rayonunun Dəstə kəndində “Əkin sahələrində xəstəlik, ziyanvericilər və alaq otlarına qarşı mübarizə tədbirləri haqqında” maarifləndirmə tədbiri keçirilib. İştirakçılara payızlıq taxıl əkinlərində görüləcək işlər, o cümlədən taxıl sahələrində yayılan alaq otlarının növləri, zərərləri, zərərvericilər və xəstəliklərə qarşı mübarizə tədbirlərinin vaxtında və düzgün aparılması, tətbiq olunan yüksəkkeyfiyyətli herbisidlər və onlardan istifadə qaydaları, eləcə də pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunması qaydaları barədə məlumat və tövsiyələr verilib. Daha sonra rayonda salınan tut bağlarına baxış keçirilib, salınan yaşıllıqların fitosanitar monitorinqi aparılıb.

Nəşr edilib : 08.05.2024 19:14