AZ EN RU

Əhməd Cavadın 130 illiyinə həsr olunmuş interaktiv dərs keçirilib

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyindən muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdlərinə “Vətənpərvər şair – Əhməd Cavad” mövzusunda interaktiv dərs keçirilmişdir. Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin bələdçisi tərəfindən aparılan dərsi muxtar respublikanın 200-dən çox məktəbinin şagirdləri izləyib.

Dərs zamanı şagirdlərə şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Dövlət Himninin sözlərinin müəllifi, yaradıcılığında milli oyanış, xalq hərəkatı, türk xalqlarının birliyinə çağırış motivləri aparıcı yer tutan lirik şair Əhməd Cavadın həyat və yaradıcılığı haqqında məlumat verilib.

Sonra şagirdlər muzeyin ekspozisiyasında şairə həsr olunmuş daimi guşə ilə tanış edilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin Mətbuat Xidməti

Nəşr edilib : 05.05.2022 14:18