AZ EN RU

Ə.F.Şıxəliyevin Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda, Şri-Lanka Demokratik Sosialist Respublikasında, Maldiv Respublikasında, Nepalda, Banqladeş Xalq Respublikasında və Butan Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əşrəf Fərhad oğlu Şıxəliyev Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda, Şri-Lanka Demokratik Sosialist Respublikasında, Maldiv Respublikasında, Nepalda, Banqladeş Xalq Respublikasında və Butan Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 oktyabr 2023-cü il

Nəşr edilib : 10.10.2023 17:35