AZ EN RU

Ədliyyə orqanlarında işə qəbulla bağlı müsahibə keçirilib

Ədliyyə Nazirliyinin kadr korpusunun yeni nəsil gənc mütəxəssislərlə möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür, aşkarlıq şəraitində açıq müsabiqələr keçirilir. Bu tədbirlərin davamı olaraq  nazirliyin yerli icra və probasiya qurumlarında vakant icra məmuru vəzifələrinin tutulması üçün 04 mart 2023-ci il tarixdə müsabiqə elan edilmiş, vakansiyaya sənəd qəbulu 01 iyun 2023-ci il tarixdə başa çatmışdır. Iyun ayının 9-da müsabiqənin test mərhələsi keçirilmiş, 4 namizəd keçid balını toplayaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanmışdır.

Nazirlikdə müsabiqənin test mərhələsində uğur qazanmış namizədlərin, eləcə də nazirliyin Məhkəmə Ekspertizası Mərkəzində vakant ekspert vəzifəsi üzrə 1 namizədin  iştirakı ilə müsahibə mərhələsi keçirilmişdir. Müsahibə zamanı namizədlərə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, peşə hazırlığına və dünya görüşünə uyğun suallar verilmişdir.

Yaxın günlərdə müsahibə mərhələsində uğur qazanmış namizədlər “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Ədliyyə Akademiyasının təşkil etdiyi icbari təlimə cəlb olunacaqlar.

      Naxçıvan Muxtar Respublikası

Ədliyyə nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 09.08.2023 14:59