AZ EN RU

Ədliyyə orqanlarına keçirilən imtahanlarda uğur qazanan namizədlərin siyahısı bəlli olub

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumlarının  hazırlıqlı gənc hüquqşünaslarla şəffaf prosedurlar əsasında komplektləşdirilməsi məqsədilə elan edilmiş müsabiqənin test imtahanı mərhələsi  keçirilib.
Müsabiqədə iştirak üçün müraciət etmiş namizədlərin test imtahanı mərhələsi Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi ilə birlikdə aşkarlıq şəraitində iyulun 21-də Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universitetinin Konservatoriya binasında fərdi qaydada, kompüter vasitəsilə keçirilib.
İmtahanı Naxçıvan Muxtar Respublikası üzrə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının (QHT-lərin) və kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidəçi kimi izləyiblər. İmtahanın nəticələrinə dair namizədlərə yerindəcə arayış təqdim olunub və yekuna görə namizədlərdən  13 nəfəri müvəffəqiyyət qazanıb növbəti mərhələyə keçib. Siyahı nazirliyin və DİM-nin (www.dim.gov.az) internet səhifələrində yerləşdirilib.
Uğur qazanmış namizədlərin diqqətinə çatdırılır ki, müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün onlar qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 iş gün ərzində, saat 9-dan 18-dək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Kadrlar bölməsinə (Ünvan:Naxçıvan şəhəri, İslam Səfərli 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri nazirliyin internet səhifəsindən əldə etmək mümkündür.
Qeyd edək ki, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə cavab verən namizədlər növbəti mərhələyə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaq. Söhbətin keçirilmə vaxtı və yeri barədə əvvəlcədən namizədlərə məlumat veriləcəkdir. 
Ədliyyə orqanlarına namizədlərlə keçirilmiş test imtahanında 55 və daha artıq bal toplayaraq imtahanın ikinci mərhələsinə buraxılmış namizədlərin siyahısı
S/S    Soyadı, adı, atasının adı
1.    Ələkbərov Ruslan Eldəniz oğlu
2.    Əliyev Həmzə Suliddin oğlu
3.    İsmayıllı Vüsal Bahaddin oğlu
4.    Səfərov Fuad Həbib oğlu 
5.    Mustafayev İldırım Novruz oğlu
6.    Mirzəyev Şükür Əkbər oğlu
7.    Məmmədov Şahmar Fəxrəddin oğlu
8.    Quliyev Ərşad Rəşad oğlu
9.    Cəfərzadə Cəfər Hüseyn oğlu
10.    İsmayılov Araz Polad oğlu
11.    Səfərova Gülər Anar qızı
12.    İmanov Emin Əli oğlu
13.    Zeynalov Rəhman Hikmət oğlu

Nəşr edilib : 21.07.2024 15:25