AZ EN RU

Ədliyyə Nazirliyində Xocalı soyqırımına həsr olunan tədbir keçirilib

Tədbirdə Nazirliyin aparatının və tabe qurumlarının əməkdaşları iştirak edib. 
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Xocalı şəhidləri və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqiəlik sükutla yad edilib.
Ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixinə ən böyük faciələrdən biri kimi həkk olunduğunu, xalqımızın bu dəhşətli hadisəni heç vaxt unutmayacağını bildirib. Qeyd olunub ki, Xocalıda həlak olan dinc sakinlər, o cümlədən uşaqlar, qadınlar və qocalar yalnız azərbaycanlı olduqları üçün xüsusi amansızlıqla qətlə yetirilib. Bu hadisə insanlığa qarşı törədilmiş ən qanlı cinayətlərdən və erməni vəhşiliyinin bariz nümunələrindən biri kimi soyqırımdır.
Xocalı həqiqətlərinin müxtəlif siyasi platformalarda bütün dünyanın diqqətinə çatdırılması, xalqımızın başına gətirilmiş bu müsibətin genosid aktı kimi qəbul edilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. 
Tədbirdə nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi Səttar Zamanovun, şöbənin əməkdaşları Həbibə Əliyevanın və Nuranə Kərimovanın mövzu ilə bağlı çıxışları dinlənilib.  
Sonda əməkdaşlar Xocalının işğaldan azad olunmasına həsr olunan qısametrajlı videomateriala baxıb.

Naxçıvan Muxtar Respublikası 
Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.02.2024 22:37