AZ EN RU

Ədliyyə Nazirliyində görüş olub

BMT-nin Uşaq Fondunun Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Uşaq müdafiəsi proqramının rəhbəri Vüqar Salmanov Naxçıvan Muxtar Respublikasına səfər proqramı çərçivəsində Ədliyyə Nazirliyində olub.

Ədliyyə naziri Daşqın Rəhimovla görüş zamanı probasiya nəzarətində olan uşaqlar, eyni zamanda uşaqlarla bağlı məhkəmə işlərinin təşkili məsələləri barədə müzakirə aparılıb.

Görüşdə vurğulanıb ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli inkişaf strategiyası ölkə həyatının bütün sahələrini əhatə edir, o cümlədən cəmiyyətimizin həssas təbəqəsi olan uşaqlara yüksək qayğı ilə yanaşılır, onların problemlərinin həlli istiqamətində konkret addımlar atılır.

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti

.

Nəşr edilib : 06.10.2023 10:24