AZ EN RU

Ədliyyə naziri Fikrət Məmmədov Naxçıvanda vətəndaşları qəbul edəcək

Naxçıvan MR Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov sentyabrın 14-də Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Vətəndaşlar qəbula Muxtar Respublikanın Ədliyyə Nazirliyi (ünvan: Ünvan: Naxçıvan şəhəri, İslam Səfərli küçəsi 1, əlaqə telefonları: (+994 36) 544 54 70, (+994 51) 704-33-00), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104) və (+99499) 317-22-05 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Nəşr edilib : 13.09.2023 13:49