AZ EN RU

Ədliyyə işçiləri üçün treninq

    Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində vətəndaşlarla daha çox təmasda olan və onlara xidmət göstərən əməkdaşlar üçün “Vətəndaşlarla effektiv ünsiyyətin qurulması” mövzusunda treninq təşkil edilib. 
    Təlimdə “Ədliyyə işçilərinin xidməti davranış qaydalarına dair qanunvericiliyin tələbləri”, “Ünsiyyətin verbal və qeyri-verbal vasitələri” və “İdarəetmənin psixologiyası və vətəndaşlarla effektiv ünsiyyət” mövzuları üzrə mühazirələr diqqətə çatdırılıb.
    Tədris proqramında nəzərdə tutulmuş mövzuların tədrisi nazirliyin Kadrlar bölməsinin rəisi, ədliyyə müşaviri Niyaməddin Əliyev, Məhkəmə Ekspertizası Mərkəzinin Psixoloji ekspertiza bölməsinin rəisi, II dərəcəli ədliyyə qulluqçusu Valeh Fərəcov və Naxçıvan Müəllimlər İnstitutunun tədris və tərbiyə işləri üzrə prorektoru, psixologiya üzrə fəlsəfə doktoru, dosent Çapay Quliyev tərəfindən həyata keçirilib.
    Təlimdə ədliyyə qulluqçularının davranış qaydalarına dair qanunvericilikdən irəli gələn əsas məqamlar barədə ətraflı məlumat verilib.  
    Sonda suallara aydınlıq gətirilib.

Naxçıvan Muxtar Respublikası
   Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 06.02.2023 19:48