AZ EN RU

Ədliyyə işçiləri şəhid ailələri ilə görüşüb

Ölkə Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinin və qazilərin qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tələbləri Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır.

Ədliyyə işçiləri nazirliyin yaranmasının 105-ci ildönümü və peşə bayramı ərəfəsində vətən uğrunda şəhid olan həmvətənlərimizin xatirəsinin yad edilməsi məqsədilə şəhid ailələri ilə görüşüb, anım mərasimlərində iştirak ediblər.

Bu gün əməkdaşlar Möhsümov Elmar Rövşən oğlunun ailəsi ilə görüşüb, şəhid Eyvazov İslam Həsən oğlunun mövludunda iştirak ediblər. Görüş əsnasında əməkdaşlar qəhrəman şəhidlərlə bağlı xatirələrlə tanış olub, göstərdikləri şücaət və igidlikləri dinləyiblər.

Anım Mərasimində çıxış edənlər xalqımızın azadlıq və müstəqillik uğrunda həyatlarını qurban verən Vətən övladlarının misilsiz fədakarlıqları ilə qəhrəmanlıq tariximizi yazdıqlarını vuğulayıblar. Torpaqlarımızın erməni işğalından azad edilməsində canını fəda edən, qanları ilə tarix yazan şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizin ruhları qarşısında baş əyir, onlarla hər zaman qurur duyuruq. Daim Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək doğma torpaqlarımızı işğaldan azad etmiş qəhrəman həmvətənlərimizin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti 

Nəşr edilib : 21.11.2023 11:14