AZ EN RU

“Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan Naxçıvan Dövlət Universiteti tələbələri ilə görüşüb

Tədbiri giriş sözü ilə açan universitetin Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov Azər Turan haqqında məlumat verərək qeyd edib ki, yaradıcılığa 1980-ci illərin əvvəllərində başlayan tənqidçi, publisistin ilk yazıları “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub. Qeyd edilib ki, publisistin 40-dan artıq kitabı nəşr olunub. Diqqətə çatdırılıb ki, Əli bəy Hüseynzadə və Hüseyn Cavid irsinin tədqiqatçısı kimi tanınan Azər Turan əsasən, türk düşüncə tarixini, türk ədəbiyyatında modernizm cərəyanı və onun təzahür şəkillərini tədqiq edib. Vurğulanıb ki, Azər Turan Azərbaycan Respublikası Prezidentinin 28 oktyabr 2000-ci il tarixli Sərəncamı ilə Prezident Təqaüdünə layiq görülüb. Azərbaycan Universitetinin Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yazıçılar Birliyinin birgə təsis etdiyi “Hüseyn Cavid” mükafatı laureatı olan Azər Turan eyni zamanda 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub. “Ölüm süvarisi”, “Hüsni-Xuda şairi Hüseyn Cavid”, “Əbədi Turan”, “İrfan çobanı”, “Cavid əfəndi”, “Turan Cavidin son söhbəti, son yaşantıları, son günü” və sair kitabları Cavid əfəndinin  milli ədəbiyyatşünaslığın dəyərli tədqiqatlarından hesab olunub.

Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan yaradıcılığı haqqında müfəssəl məlumat verib. Publisist qeyd edib ki, “Hüseyn Cavid yaradıcılığının ədəbi-fəlsəfi qaynaqları mövzusunda dissertasiya üzərində çalışıb. Müəllif yaradıcılığı barədə səsləndirilən fikirlərə görə minnətdarlığını bildirib.

Müəllim və tələbələrin sualları cavablandırılıb.

Səbinə ELXANQIZI

Jurnalistika üzrə II kurs tələbəsi

Nəşr edilib : 02.10.2023 17:52