AZ EN RU

"Əbədiyaşar Lider - 100 illik diyar" adlı konsert keçirilib

İyunun 13-də Naxçıvan şəhər uşaq musiqi və incəsənət məktəbinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən "Gənclik" Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümü və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş "Əbədiyaşar Lider - 100 illik diyar" adlı hesabat konserti keçirilib.
Tədbirin girişində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Naxçıvan şəhərində musiqi məktəbinin yaranmasından bu günə qədərki fəaliyyəti ilə bağlı slayd izlənilib.
Konsertdə Süleyman Əsgərovun, Cahangir Cahangirovun, Ələkbər Tağıyevin və digər bəstəkarlarla yanaşı, bir sıra dünya bəstəkarlarının əsərləri, maraqlı kompozisiyalar ifa edilib.
Naxçıvan Muxtar Respublikası laureatı olan şagirdlərin ifaları tamaşaçılar tərəfindən alqışla qarşılanıb.
Hesabat konsertinin sonunda Naxçıvan şəhər uşaq musiqi və incəsənət məktəbinin əməkdaşları təltif edilib.

Nəşr edilib : 14.06.2024 10:12