AZ EN RU

“Əbədi ezamiyyət” sənədli filmi təqdim olunub

“Gənclik” Mərkəzində 28-May Müstəqillik Gününə həsr olunmuş Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən “Əbədi ezamiyyət” sənədli filmi təqdim olunub.

Əvvəlcə  Vətən müharibəsi qəhrəmanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin professoru, “Sevinc – Milli-Mənəvi Dəyərlər və Müasir Çağırışlarla sintezin inkişafına dəstək” ictimai birliyinin təsisçisi Sevinc Abbasova bildirib ki, tədbirin əsas məqsədi  gəncləri maarifləndirməkdir. Qeyd edib ki, Heydər Əliyev Fondunun dəstəyi, layihə rəhbəri Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi “Əbədi ezamiyyət” sənədli filmi 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam edilimiş nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir. Yaradıcı heyət filmin hazırlanması üçün Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüşləri və söhbətləri lentə alıb.

Təqdimat mərasimində  muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, hərbi liseyin kursantları və yüksək bal toplayan  məktəb şagirdləri iştirak edib.

Sonra filmə baxış olub. Sənədli film gənclər tərəfindən maraqla qarşılanıb.

Bülbül Quliyeva

Nəşr edilib : 27.05.2024 14:54